..::Aranin merkezi::..
  Agdas Rayonu
 

Ağdaş Rayonu




Azərbaycanın inzibati rayonu. 1930-cu ildə təşkil edilmişdir. Şirvan düzünün şimal-qərbində, Acınohur ön dağlığının cənubundadır. Sahəsi 1048 km² Əhalisi 92600 nəfərdir (2008). Şəhər əhalisi isə 23700 nəfərdir (2008). Rayonumuzda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 72 kənd var. Mərkəzi Ağdaş şəhəridir.

 

Təbiəti

 

Səthi əsasən düzənlik şimal hissədə dağlıqdır.(Bozdağ silsiləsi hün. 700m-ə qədər) Düzənlik hissədə Antropogen, dağlıq hissədə isə Neogen çöküntüləri yayılmışdır. Gil çıxarılır. İqlimi düzənlik yerlərdə mülayim isti və quru subtropikdir. Orta aylıq tempratur yanvarda 1.2°-1.4°C, iyulda isə 25°-27°C-dir. İllik yağıntı 300-450mm-dir.Rayonumuzun ərazisindən Türyançay, cənub-qərb sərhəddi boyu Kür çayı axır. Yuxarı Şirvan kanalı rayonumuzun ərazisindən keçir. Türyançayda su qovşağı yaradılmışdır. Rayonumuzda əsasən boz-çəmən torpaqları yayılmışdır. Ərazinin cənubunda şoran  topraqlar var. Baş Şirvan kolllektoru rayonumuzun ərazisindən başlayır. Bitkiləri əsasən çöl və yarımsəhra tiplidir. Kür çayı sahilimdə  tuqay meşələri, rayonumuzun şimal hissəsində (Türyançay qoruğunda) ardıc və saqqız ağaclarından ibarət ceyrək arid meşələr var. Payonumuzda meşələrin sahəsi 10 min hektardır. Heyvanları: canavar, türkü, çöldovşanı və s. Quşlardan kəklik, turac, qırqovul, kərkəs və s. Sürünənlərdən kürzə, kələz və s. var. Landşaftı yarımsəhra və quru çöldür.

 

Əhali

 

Rayonumuzda orta sıxlıq 1 km²-də 87.5 nəfərdir. Ağdaş şəhəri, Ləki qəsəbəsi, Yenicə, Orta Ləki, Pirkəkə, və Qaradeyin kəndləri iri yaşayış məntəqələridir.

 
Bəzi Kəndlərimiz və Qəsəbələrimiz

 

Abad, Ağalı, Ağcaqovaq, Ağzıbir, Aşağı Ağcayazı, Aşağı Ləki, Aşağı Nemətabad, Aşağı Qəsil, Aşağı Qolqəti, Aşağı Zeynəddin, Ashagy-Uchkovash, Beşdəli, Bəylik, Binələr, Birinci Aral, Birinci Şordəhnə, Bulaqotağı, Cardam, Cücük, Cüvə, Davudlu, Dəhnəxəlil, Əmirarx, Əmirməhmud, Ərəb, Ərəbocağı, Ərəbşəki, Erməni Bazar, Eymur, Gürcuva, Güvəkənd, Hacılar, Hapıtlı, Hüşün, İkinci Aral, İkinci Şordəhnə, Kakhay, Korarx, Kotanarx, Kotavan, Kükəl, Ləki, Malay, Məsəd, Mövdüt, Mürsəl, Nehrəxəlil, Orta Ləki, Orta Qəsil, Ovçulu, Pirəyir, Pirəzə, Pirkəkə, Pirkənd, Qaradağlı, Qaradeyin, Qaraoğlan, Qaraqan Saatlı, Qaraqan Sədi, Qaraqan Şıxlar, Qarasuqumlaq, Qəribli, Qobuüstü, Qolqəti, Qoşaqovaq, Qulbəndə, Sadavat, Şəkili, Şəmsabad, Shukdyur, Şıxlı, Şordəhnə, Tatlar, Tofiqi, Türyançay, Xınaxlı, Xosrov, Yeniarx, Yeniarx, Yenicə, Yenikənd, Yukhary-Uchkovakh, Yuxarı Ağcayazı, Yuxarı Ləki, Yuxarı Nemətabad, Yuxarı Qəsil, Yuxarı Qolqəti, Yuxarı Zeynəddin

 

Təsərrüfat

 
Ağdaşımız çoxsahəli kənd təsərrüfatı və yüngül sənaye rayonudur. İqtisadiyyatında pambıqçılıq əsas yer tutur. Kənd təsərrüfatına yaralı torpaqların sahəsi 53.1 min hektardır. Bunun 29.9 mini hektarı şum yeri, 1.6 mini çoxillik bitkilər, 0.6 mini dincə qoyulmuş torpaqlar, 1.4 mini biçənəklər, 19.6 mini otlaqlardır. 30.7 min hektar əkin sahəsinin 48%-ində dənli və dənli-paxlalı bitkilər (buğda, arpa, çəltik), 26%-ində texniki bitkilər (pambıq), 2%-ində tərəvəz-bostan bitkiləri, 24%-ində isə yem bitkiləri əkilir. Başlıca olaraq tumlu və çəyirdəkli meyvələr yetişdirilir. Baramaçılıq da inkişaf etdirilmişdir. Ağdaşımızda pambıqtəmizləmə, sinklənmiş qablar, respublika kənd təsərrüfatı texnikası birliyinin rayon şöbəsi, yerli sınaye və məişət xidməti komninatları, həmçinin meşə təsərrrüfatı var.

 

Nəqliyyat

Rayonumuzun ərazisindən Bakı-Qazax şose yolu, Bakı-Tiflis dəmir yolu, Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan neft kəməri, Qaradağ-Ağstafa, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Mingeçevir-Bakı elektrik xətti keçir.

 
  Bugün 3 ziyaretçi (6 klik) kişi burdaydı!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol